Zakir Həsənov və Sergey Şoyqu sərhəddəki vəziyyəti müzakirə etdi

Zakir Həsənov və Sergey Şoyqu sərhəddəki vəziyyəti müzakirə etdi
SİYASƏT
20:17 16.11.2021
556

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

OXŞAR XƏBƏRLƏR