Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” beynəlxalq təlimini izləyib

Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” beynəlxalq təlimini izləyib
SOSİAL
23:28 08.06.2022
361
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə "Efes-2022” çoxmillətli təlimini izləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.
OXŞAR XƏBƏRLƏR