Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı oldu

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı oldu
SİYASƏT
16:12 12.03.2022
416

Martın 12-si Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Z.Həsənov H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR