Zakir Nəsirovun ailəsindən prezidentə - Əfv müraciəti

Zakir Nəsirovun ailəsindən prezidentə - Əfv müraciəti
SOSİAL
13:24 09.03.2016
1805
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan polis general mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv komissiyasına müraciət edib.
Daxil olan müraciətdə A. Nəsirova bildirir ki, həyat yoldaşı sıravi polis nəfərindən polis general mayoru rütbəsinədək yüksəlib, Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. 2005-ci ilin iyul ayında Zakir Nəsirovun MTN əməkdaşları tərəfindən həbs edildiyini bildirən A. Nəsirova məhkəmənin hökmü ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini qeyd edib. “Həyat yoldaşım MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun və əməkdaşlarının cinayətkar Hacı Məmmədovla sövdələşməsinin və intriqalarının qurbanı olmuşdur” yazan Nəsirova qeyd edib ki, həyat yoldaşına dəfələrlə təklif olunurdu ki, azadlığa çıxmaq istəyirsə Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin.
Z. Nəsirova qarşı irəli sürülən ittihamların heç birinin sübuta yetirilmədiyini bildirən həyat yoldaşı buna baxmayaraq, ona etmədiyi cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini xatırladıb.
A. Nəsirova yazır: “Bizim ailəmiz 11-ci ildir ki, səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv Fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Sizin humanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək azadlığa, ailəsinə qovuşacaq”.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
15:31 02.06.2025
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
15:23 02.06.2025
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
15:06 02.06.2025
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
14:49 02.06.2025
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
14:35 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
14:30 02.06.2025
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
14:23 02.06.2025
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
14:06 02.06.2025
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
13:59 02.06.2025
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
13:59 02.06.2025
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
13:57 02.06.2025
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
13:55 02.06.2025
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi
13:52 02.06.2025
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi