Zakir Qaralov Tiflisdəki həbslərdən danışdı: "Özünü müxalifət adlandıran..."

Zakir Qaralov Tiflisdəki həbslərdən danışdı: "Özünü müxalifət adlandıran..."
SİYASƏT
12:43 06.06.2017
2583
"Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həmin QHT-lər, siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölklərdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”.
 
AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
O bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb: "Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır, müxtəlif avtomobilləri hansı pulla alırlar, xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər. 

Nümunə kimi deyə bilərəm ki, hakim Yeni Azərbaycan Partiyası həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir. Bəziləri qanundan danışırlar, amma özləri bu cür qanunsuz qrant korrusiyasına qoşulublar. Onlar bilməlidirlər ki, son dövrlərdə baş verən hadisələr, aşkar edilən vəsaitlərin mənbələri bizim tərəfimizdən müəyyən ediləcək. Hesab edirəm ki, artıq vaxt çatıb ki, bu qurumların tam genş şəkildə maliyyə mənbələrinin ciddiliiklə yoxlanılmasını təmin edək”.
OXŞAR XƏBƏRLƏR