AZXEBER.COM-un məlumatına görə, müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub.Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.