Zakir Qaralov vətəndaşlarla görüşəcək – TARİX

SİYASƏT
15:05 03.09.2013
1297

Azərbaycanın Baş prokuroru Zakir Qaralov tərəfindən sentyabrın 13-də saat 11:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu [email protected]/* */, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

OXŞAR XƏBƏRLƏR