Zakir Qaralov: ‘Xocalı soyqırımını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər’

Zakir Qaralov: ‘Xocalı soyqırımını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər’
SİYASƏT
18:23 24.02.2014
1138

Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı muzeyinin açılışı olub

Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı muzeyinin açılışı olub. Hərbi Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM verilən məlumata görə, muzeyin açılışında baş prokuror Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hərbi Prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasimdə çıxış edərək XX əsrin əvvəllərində erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində xalqımıza qarşı soyqırımı törətdiklərini bəyan edib. O, qeyd edib ki, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror Z.Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalayıb. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırımı muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.

Mərasimdə çıxış edən baş prokuror baş prokuror Z.Qaralov muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu vurğulayıb. Z. Qaralov bildirib ki, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər.

Sonra tədbir iştirakçıları muzeylə tanış olublar.

Qeyd olunub ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşir. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzeyin girişində «Xocalı fəryadı» adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub.

Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.

Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapıb.

2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaq olunan həmin iş üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 296 şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışları elan edilib.

Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer alıb. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus ürək ağrıdan fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da vardır.

Bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, muzeydə əks etdirilən fotoşəkilləri və əşyaları baxdıqca ürəkləri dağlayır.

Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq və bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaqdan ibarətdir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək