Zakir Qaralov yeni prokuror təyin etdi

Zakir Qaralov yeni prokuror təyin etdi
SOSİAL
15:53 14.07.2017
870
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Ramin Hüseynov Qobustan rayon prokuroru təyin edilib.

Qeyd edək ki, Qobustanın keçmiş prokuroru Azər Vahabzadə prokurorluq orqanlarında qulluq keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib.
 
///report
OXŞAR XƏBƏRLƏR