Zakir Qaralovdan iki təyinat

Zakir Qaralovdan iki təyinat
SOSİAL
13:32 11.05.2017
2035

 

Gəncə şəhər Prokurorluğunda baş köməkçi vəzifəsində çalışan Anar Hakverdiyev vəzifəsindən azad edilib.

Şəhər Prokurorluğundan "Report"a verilən məlumatına görə, Anar Hakverdiyev Baş Prokurorluğun Kadrlar İdarəsinə prokuror vəzifəsinə təyin olunub.

Gəncə şəhər prokurorunun baş köməkçisi vəzifəsinə isə əvvəllər prokurorun köməkçisi vəzifəsində çalışmış Hakverdi Mehrabov təyin olunub.


OXŞAR XƏBƏRLƏR