Zalujnı: Rusiya Ukraynada 278 hərbi təyyarə itirib

Zalujnı: Rusiya Ukraynada 278 hərbi təyyarə itirib
DÜNYA
16:53 03.11.2022
188
Rusiya Ukraynada SSRİ-nin Əfqanıstanda itirdiyi təyyarələrdən iki dəfə çox təyyarə itirib.

AZXEBER.COM xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı "Twitter"də bildirib.

"Genişmiqyaslı təcavüz zamanı ukraynalı müdafiəçilər Əfqanıstanda 10 illik müharibə zamanı Sovet İttifaqının itirdiyindən iki dəfə çox Rusiya hərbi təyyarəsini məhv edib. Əfqanıstanda 118 Sovet təyyarəsinə qarşı Ukraynada 278 Rusiya təyyarəsi. Bu müharibə Rusiya üçün utancdır və onun məhvinə səbəb olacaq", o bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR