Zamiqin konsertində "evlilik" təklifi -VİDEO

Zamiqin konsertində "evlilik" təklifi -VİDEO
MAQAZİN
11:53 31.12.2023
359
Müğənni Zamiq Hüseynovun ilin son günlərinə təsadüf edən anşlaqlı konserti reallaşıb. 

AZXEBER.COM xəbər verir ki, gecədə maraqlı anlar yaşanıb. Belə ki, sənətçini izləməyə gələn gənclərdən biri ondan "Əvəzsizim” mahnısını oxumağı istəyib. Bu zaman gənc mahnı sədaları altında sevgilisinə evlilik təklifi edib. 

Xoş anlar gələn qonaqların marağına səbəb olub, gecəyə xüsusi rəng qatıb. 

Zamiq sözügedən görüntünü instaqram səhifəsində yayımlayaraq "Dünənki konsertimdə ən yaddaqalan anlardan biri. Bir gənc "Əvəsizim" mahnısı sədası altında sevgilisinə evlilik təklif etdi. Böyük alqışlara səbəb olan bu evlilik təklifi, məni də çox sevindirdi. Ona görə ki, musiqilərimlə insanlar biri-birinə sevgi etiraf edir, evlilik təklif edir. Dünyada sevgidən gözəl heç nə yoxdur. Bütün sevənlər xoşbəxt olsun” sözlərini yazıb.

Aysel
OXŞAR XƏBƏRLƏR