Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
HADİSƏ
15:35 31.03.2025
245
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki "Mersedes" markalı minik avtomobili toqquşub.

İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda yaraılılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR