Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi: Dərsə buraxılmayacaqlar

Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi: Dərsə buraxılmayacaqlar
SOSİAL
22:34 06.09.2017
2363

Zaqatala və Balakəndə bəzi kənd məktəblərində müəllimlərin yeni tədris ilindən vahid forma geyinmələri barədə tapşırıq verilib. Tələblərə görə, müəllimlər yalnız qara rəngdə kostyum geyinməlidirlər. Formaya ağ köynək, qara yubka, jilet və qara ayaqqabı daxildir. Müəllimlər fəsildən asılı olmayaraq, bu geyimdə olmalıdır. Məktəb direktorları təlimatın Təhsil Nazirliyi tərəfindən verildiyini bildirib və bu geyimdə olmayan müəllimlərin dərsə buraxılmayacağı barədə xəbərdarlıq olunub.

Məktəb direktorlarının bu tələbi müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar qeyd edir ki, müəllimlərin vahid formada geyinmələri bütün respublikada tətbiq olunmur. Hətta Balakən və Zaqatala rayonlarının əksər məktəblərində müəllimlərə bu tələb qoyulmayıb.

"Onsuz ki, müəllimlər geyimlərinə diqqət edirlər. Açıq-saçıq, rəngli geyimlər geyinmirlər. Qara rəngli geyimlər problem yaradır. Bütün günü təbaşirlə işləyirik, üst-başımız təbaşir olur. Həmçinin qış aylarında soyuq siniflərdə bu forma ilə dərs keçmək də çətindir”, deyə müəllimlər etiraz edib.

Məsələ ilə bağlı qeyd olunan rayonların təhsil şöbələri ilə əlaqə saxladıq.

Balakən rayon təhsil şöbəsindən Publika.az-a bildirdilər ki, məktəblərə vahid forma ilə bağlı hər hansı tələb irəli sürülməyib.

"Bir çox dövlət qurumlarında geyim tələbi var, amma müəllimlərlə bağlı yoxdur. Müəllimlərın vahid forma geyinməsi yaxşı olardı. İndi də müəllimlərimiz məktəbə uyğun geyinirlər, qadın müəllimlər açıq-saçıq, şalvar geyinmirlər. Lakin vahid forma ilə bağlı idarədən tapşırıq verilməyib”.

Zaqatala rayon təhsil şöbəsindən də məktəb rəhbərləri qarşısında belə bir tələb qoyulmadığını deyiblər:

"Şagirdlərdən məktəbli formaları geyinmələri tələb edilir. Lakin Təhsil Şöbəsi tərəfindən məktəb rəhbərlərinə müəllimlərin vahid forma geyinmələri tapşırığı verilməyib”.

Qeyd edək ki, müəllimlərin vahid geyim tələbi zaman-zaman gündəmə gəlir. Təhsil Nazirliyi isə hər dəfə müəllimlərlə bağlı vahid geyim tələbinin olmadığını açıqlayır. Nazirlikdən bildirilir ki, məktəb rəhbərləri işə pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə gəlməyə icazə verməməlidir.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu