Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanıldı - FOTO

Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanıldı - FOTO
SOSİAL
19:02 29.10.2022
279
Zaqatala rayonunda avtoxuliqanlıq edib sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.
 

 


OXŞAR XƏBƏRLƏR