Zaqatalada doğuş zamanı körpə öldü

Zaqatalada doğuş zamanı körpə öldü
SOSİAL
13:42 20.04.2025
399
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günei Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G. Əliyevanın ailə üzvlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, G. Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.

Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova həkimlər tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verib.

Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR