Zaqatalada ər yolda arvadını öldürüb qaçdı

Zaqatalada ər yolda arvadını öldürüb qaçdı
SOSİAL
22:04 13.06.2019
4369
Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR