Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
SOSİAL
19:06 18.08.2017
907
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM-un məlumatına görə, yanğın bu gün saat 16 radələrində rayonun Höytala kəndində, kənd sakini Əhməd Məhəmməd oğlu Qabaçova məxsus, ümumi sahəsi 100 kv/m olan evdə baş verib.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
 
apa.az
OXŞAR XƏBƏRLƏR