Zaqatalada itkin düşən var - Havaya helikopter qaldırıldı

Zaqatalada itkin düşən var - Havaya helikopter qaldırıldı
SOSİAL
10:52 25.07.2018
5874
Zaqatala rayonunda itkin düşən vətəndaşların axtarışlarına helikopter cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.
OXŞAR XƏBƏRLƏR