Zaqatalada kişi vanna otağında intihar etdi

Zaqatalada kişi vanna otağında intihar etdi
SOSİAL
12:20 29.01.2022
283
Zaqatalada 61 yaşlı kişi vanna otağında intihar edib.

Zaqatala şəhər sakini, 1961-ci il təvəllüdlü Bəxtiyar İslam oğlu Piriyevin meyiti yaşadığı evin vanna otağında asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən B.Piriyevin intihar etdiyi bildirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR