Zaqatalada minik avtomobili yandı

Zaqatalada minik avtomobili yandı
HADİSƏ
10:22 23.11.2025
122
Zaqatalada minik avtomobili yanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Zaqatala rayonu Çobankol kəndində baş verib.
 
Yanğın yerinə Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.
 
Yanğın zamanı 1993-cü il təvəllüdlü Əhmədov Tamerlan Əhməd oğluna məxsus "Vaz-2106" markalı avtomobilin salon hissəsi tamamilə yanıb, xəsarət alan olmayıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
 
/"Unikal"
OXŞAR XƏBƏRLƏR