Zaqatalada qadını maşın vuraraq öldürüb

Zaqatalada qadını maşın vuraraq öldürüb
HADİSƏ
13:14 06.12.2025
74
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dekabrın 6-sı səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, Rövşən Hazmanov idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR