Zaqatalada qəzada xəsarət alan şəhid atasıdır

Zaqatalada qəzada xəsarət alan şəhid atasıdır
SOSİAL
22:56 31.03.2026
90
Zaqatalada baş verən qəzada şəhid atası xəsarət alıb.

AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər Zaqatala rayon Yuxarı Tala kənd sakini - 1990 -cı il təvəllüdlü Kərimov Əziz Müsail oğlu və rayonun Muxax kənd sakini Mahmudov Ramazan xəsarət alıblar.

Qeyd edək ki,qəza zamanı xəsarət alan "VAZ-2107-nin sürücüsü Ramazan Mahmudov şəhid Natiq Mahmudovun atasıdır. 
OXŞAR XƏBƏRLƏR