Zaqatalada sakinlərin tövlələrini yandıran şəxs tutuldu

Zaqatalada sakinlərin tövlələrini yandıran şəxs tutuldu
SOSİAL
11:46 03.01.2022
286
Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun  Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib.

DİN Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Yanğınların törədilməsində şübhəli bilinən kənd sakini Əhliman Gülməmmədov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR