Zaqatalada üç avtomobil toqquşdu, xəsarət alanlar var

Zaqatalada üç avtomobil toqquşdu, xəsarət alanlar var
HADİSƏ
09:04 23.04.2025
127
Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə aprelin 22-i axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes” markalı minik avtomobili ilə sərnişin daşıyan "Vito” toqquşub.

Daha sonra həmin minik avtomobili "BMW” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Zaqatala şəhər sakinləri 1978-ci il təvəllüdlü Məryəm Mehdi qızı Qebeyeva və 1986-cı il təvəllüdlü Tərlan Fikrət oğlu İsayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR