“Zara” Rusiyada fəaliyyətini bərpa edir

“Zara” Rusiyada fəaliyyətini bərpa edir
DÜNYA
23:21 08.11.2022
274
Rusiyada fəaliyyətini dayandıran mağazalar yenidən fəaliyyət göstərəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Inditex” şirkəti məlumat yayıb.

Belə ki, "Inditex”in (Zara, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius brendlərinin sahibi) Rusiya biznesini alan Daher şirkətlər qrupu ölkədə öz brendləri ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Rusiyada 500-dən çox mağazası olan İspaniyanın "Inditex” geyim mağazalar şəbəkəsi martın əvvəlində Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda Rusiyada fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlmişdi.
OXŞAR XƏBƏRLƏR