Zarafatlaşarkən iş yoldaşını bıçaqladı- VİDEO

KRİMİNAL
10:12 17.07.2014
1724

25 yaşlı Biləsuvar sakini İsmayıl Abbasovun iş yoldaşı ilə etdiyi zarafat ona baha başa gəlib. 

AZXEBER.COM ANS TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində mühafizəçi kimi çalışan İsmayıl iş yoldaşı 31 yaşlı paytaxt sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.

İş yoldaşının ciddi xəsarət aldığını görən İsmayıl ona yardım da etmək istəyib.

İsmayıl Abbasov deyir ki, bıçaq biraz qarnına girmişdi: “İş yoldaşlarımızla onu tez tibb otağına apardıq. Orada yardım göstərmək istədik. Yarasına bint sarıdıq, qan kəsmədi. Təcili yardıma zəng vurduq, gəldilər, götürüb xəstəxanaya apardılar.

Yaralı Konstantin xəstəxanaya, zarafatının güdazına gedən İsmayil isə ərazi üzrə 22-ci polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilən İsmayıl Abbasov zarafatlaşmanın cəzasını ən azı 3 il çəkməli olacaq.

 

 

OXŞAR XƏBƏRLƏR