Zarinadan doğum günü paylaşımı: "İçimdəki uşağa icazə verdim ki, böyüməsin"

Zarinadan doğum günü paylaşımı: "İçimdəki uşağa icazə verdim ki, böyüməsin"
MAQAZİN
11:10 17.12.2025
105
Aktrisa Zarina Qurbanova doğum günün qeyd edib.
 
AZXEBER.COM xəbər verir ki, o, paylaşdığ duyğusal mesajla diqqət çəkib.
 
Çətin günlərdən keçdiyini deyən aktrisa sonda anasına təşəkkür edib :
 
"Öz istəyimlə illər öncə doğuldum, böyüdüm! Bu yaşıma qədər yaşadıqlarım ağır, o qədərdə əyləncəli və unudulmaz oldu. Yaxşı ki, oldu. Məni mən edən, azad, çoxluğa sevib-sevdirən, mərdanə, dostcanlı, sadiq yetişdirən hər çətinlikdən üzü ağ çıxmağı öyrədən elə bu yaşadıqlarım oldu...

Ruhuma sadiq qala bildim. Əsas nə olursa olsun, içimdəki uşağı sevdim, qəbullandım başına sığal çəkməyi öyrəndim və icazə verdim ki, bütün bu yaşadıqlarıma baxmayaraq böyüməsin. Buna görə özümə təşəkkür edirəm. Doğum günüm mübarək, sağ ol ana!".
 
Aysel

OXŞAR XƏBƏRLƏR