Zaur Baxşəliyevin ailəsində ağır itki üz verib

Zaur Baxşəliyevin ailəsində ağır itki üz verib
MEDİA
13:29 25.08.2011
12976

Azərbaycanın tanınmış teleaparıcısı Zaur Baxşəliyevə ağır itki üz verib.

AZXEBER.COM-un məlumatına görə, teleaparıcının atası Lətif Baxşəliyev Bərdə şəhərində mərkəzi küçələrin birində yolla piyada gedərkən qəflətən özünü pis hiss edib və yıxılıb. Hadisə şəhər poliklinikasının qarşısında baş verib. O, ətrafdakı sakinlərin köməyi ilə təcili-tibbi yardıma aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

AZXEBER.COM portalının kollektivi adından Zaur Baxşəliyevə dərin hüznlə başsağlığı veririk. 

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR