xari

Deputatlığa namizəd Zaur Darabzadə: "Biz dəyər verən gələcəyik və sizə dəyər verən gələcək" - MÜSAHİBƏ - VİDEO

Seçki2020
13:33 03.02.2020
4803

AZXEBER.COM-un müsahibi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Zaur Darabzadədir. 

 

- Zaur bəy, Azərbaycan cəmiyyəti sizi güclü marketoloq, idarəçi və fəal gənc kimi tanıyır. Bəs siz özünüzü seçicilərə necə təqdim edirsiz?

- Təbii ki, daim gənclərlə ictimai müzakirələrdə fəal iştirak etdiyim üçün həmyaşıdlarıma təqdimata o qədər də ehtiyac olmur. Lakin keçirdiyim görüşlərdə özümü ictimai fəal, yeni layihələr, yeni ideyalarla daim dövlət və cəmiyyətimizə faydalı olan, bütün çətinliklərə baxmayaraq uğurun məhz öz əlimizdə olduğuna inanan Azərbaycan gənci kimi təqdim edirəm.

- Dünən 2 fevral Gənclər Günü idi. Sizin də gənclərlə bağlı təbriklərinizi eşitmək istərdik...

- 2 fevral gənclər günü münasibətilə hər bir Azərbaycan gəncini və özünü gənc hiss edən hər kəsi təbrik edirəm.Ümid edirəm, yeni nəsil millətimizə və dövlətimizə daha faydalı olacaq.

- Bəs sizcə gənclərin Parlamentdə təmsil olunmasının nə kimi müsbət cəhətləri var? Bir gənc olaraq hansı zərurətdən namizədliyinizi irəli sürdünüz?

- Gələcək nəsillərə güclü, iqtisadi cəhətdən inkişaf etmiş, sabit dövlət ötürməyimizə imkan verən islahatlarda iştirak etmək arzusu məni namizədliyimi irəli sürməyə ruhlandırdı. Bunun üçün yeni, indiki dövrün ruhuna və tələbinə cavab verən qanunlar gərəkdir.

Məlumdur ki, Parlamentin əsas funksiyası qanunlar qəbul edilməsi ilə bağlıdır. Məhz buna görə Milli Məclisə cari seçkilərdə bu qədər çox sayda gənc namizədliyini irəli sürüb. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan əhalisinin 60 faizini gənclər təşkil edir.

Hesab edirəm ki, Milli Məclisdə də elə təxminən eyni nisbətdə gənclər olmalıdır.

- Seçicilərlə görüşürsüz. Onların ən böyük istəkləri nələrdir, problemləri nədir?

- Deputatlığa namizədliyimin qeydə alınması üçün zəruri olan imzaları şəxsən toplayan bir şəxs kimi qeyd edim ki, bu dairədə seçicilərin ümumi sayı təqribən 35 min nəfərdir. Ümumi götürsək, onlar da bütün Azərbaycan vətəndaşları kimi eyni ümid, problem, sevinclərlə yaşayırlar. Eyni zamanda, əlbəttə ki, hansı yaş kateqoriyasına aid olmalarına görə, seçicilərin problemlərində və gözləntilərində fərq var.


Məsələn, bu seçki dairəsi üzrə seçicilərin əksəriyyəti 25-44 yaş arasındakı insanlardır. Bunlar artıq müəyyən həyat prioritetlərini formalaşdıranlar və ya formalaşdırmaqda olanlardır. Onları, əlbəttə ki, daha çox sabit, yaxşı maaşlı işə sahib olmaq məsələsi maraqlandırır.


65 yaşdan yuxarı vətəndaşlar seçicilərin ikinci ən böyük qrupunu təşkil edir. Onlar daha çox pensiya problemləri ilə maraqlanırlar. Üstəlik, onları bu rayonda əlillərin problemlərinin az nəzərə alınması narahat edir. Təbii ki, bu kateqoriyalı vətəndaşların həyatını daha rahat etməyə borcluyuq. Bütün bu məsələlər qanunvericilik kontekstində yeni yanaşma tələb edir.


Mənim üçün prioritet bütün seçicilərlə yanaşı, gənclərin də səsini qazanmaqdır. Gəncləri özünü reallaşdırma, karyera yüksəlişi, "sosial lift”in işi maraqlandırır. Gördüyümüz kimi, vətəndaşları maraqlandıran, narahat edən bütün məsələlərin həlli müvafiq qanunların qəbul edilməsini tələb edir.


Məhz buna görə də ümid edirəm ki, dairəmdə yaşayan sakinlər yeni təşəbbüslərin lehinə səs verəcəklər və məni bütün Azərbaycan vətəndaşlarının həyatını asanlaşdıran qanunların hazırlanmasında və qəbul edilməsində iştirak etmək üçün Milli Məclisin deputatı seçəcəklər.

- Hər kəsə bəllidir ki, çox uğurlu təbliğat-təşviqat kampaniyası aparırsız. O da bəllidir ki, belə kampaniya üçün maddi dəstək mütləqdir. Bu necə baş verir və ya bu günə qədər nə qədər vəsait xərcləmisiniz?

- Bəli, çox düzgün qeyd edirsiz. Bu kampaniya biz gözlədiyimizdən də uğurlu və çoxşaxəli alındı. Biz kampaniyamızda ən son texnologiyalardan, PR alətlərindən və xarici ölkə seçkilərində tətbiq olunan alətlərdən istifadə edirik, Sualın ikinci hissəsinə gəlincə isə deyim ki, bizim kampaniyada olan uğur mənim dostlarımın uğurudur. Çünki gördüyünüz bütün işlər dostlarımın sayəsində baş tutur. Ən əsası odur ki, mənim komandamda hazırda 100-ə yaxın insan çalışır və bu insanların hər biri təmənnasız çalışır. Fürsətdən istifadə edərək bir daha onlara təşəkkür edirəm. Komandam haqda ətraflı məlumat isə darabzadeh.az saytında yerləşdirilib.

- 23 saylı Nəsimi-Səbail seçki dairəsindən güclü namizədlər var. Özünüzə kimi rəqib görürsünüz?

- Onların hər birinə böyük hörmətlə yanaşıram. Bəli, müsbət dəyişikliklərə necə tez nail olmaq barədə fikirlərdə müxtəliflik var. Seçkilərin də mahiyyəti budur ki, deputatlığa namizədlərin seçki platformaları ilə tanış olan seçici konsepsiyası ona ən yaxın, ən başa düşülən, ən etibarlı görünənə səs vermək imkanına malikdir. Qoy ən güclü qalib gəlsin.
 

- 2 gün öncə seçiçicilərinizlə görüş keçirdiz. Görüşün elanı isə sosial şəbəkələrdə və mətbuatda yayımlandı. 1 gün ərzində o cür izdihamı necə yaratdız?

- Bəli, həmin görüşə təxminən 300 insan gəlmişdi. Həmin insanlar məni tanıyan, deputat kimi görmək istəyən şəxslər, dairəmin seçiciləri idi. Biz elanı sosial şəbəkələrdə, mətbuatda verdik və gördüyünüz izdiham yaşandı. Bizim seçiçilərlə görüşümüz hər kəsə açıq idi, hətta başqa rayon seçiciləri də görüşdə iştirak edib, suallar verdilər. Görüşdən sonra mən seçicilərimi bir daha dinlədim və onların problemlərini eşitdim.


- Son olaraq seçicilərinizə nə demək istərdiz?

- Əziz gənc, gəlin öz gələcəyimizi sizinlə eyni dildə danışan, sizin problemlərinizi daha yaxşı anlayan 34 yaşlı birinə həvalə edək. Hamınızı 9 Fevral Parlament Seçkilərində aktiv olmağa çağırıram. Gəlin, hər kəsə sübut edək ki, biz DƏYƏR VERƏN GƏLƏCƏYİK və sizinlə DƏYƏR VERƏN GƏLƏCƏK!

 

Hacıbəy Heydərli,
AZXEBER.COM

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO

16:38 15.01.2021

Ölkə ərazisində güclü külək əsir - Faktiki hava

16:28 15.01.2021

DİN xanımları işə dəvət edir

16:15 15.01.2021

Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı açıqladı

16:14 15.01.2021

Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

16:10 15.01.2021

Vaksinasiyadan sonra Ərdoğandan açıqlama: “Sapsağlamam”

16:06 15.01.2021

İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar”

15:52 15.01.2021

Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ

15:34 15.01.2021

Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”

15:33 15.01.2021

İlham Əliyev: "Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub"

15:15 15.01.2021

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi yer məlum oldu: Texnikalar əraziyə gətirildi - FOTO