Zaur əsəbiləşdi: Sizin apardığınız verilişləri cibimə qoyaram - VİDEO

MAQAZİN
15:08 07.12.2021
2273
Aparıcı Zaur Baxşəliyev bəzi həmkarlarının ünvanına sərt sözlər söyləyib.

AZXEBER.COM xəbər verir ki, ATV televiziyasında yayımlanan "Bizimləsən” verlişində aparıcı Zaur Baxşəliyev həmkarlarına sərt sözlər deyib:

"Mən bura heç kimi xahişlə çağırmıram, insanlar özləri müraciət edərək burada problemlərini işıqlandırır. Bu adamlar ağlı başında, huşu yerində olan insanlardır. Kim məcbur edir ki, gəlsinlər? İnsanlar deyir ki, bu proqramlar nəyə lazımdır? Məhz bu proqramlar lazımdır! Bu insanların problemləri ictimailəşdirilməyənə qədər onlara yaxın duran olmur.
 
Zaur daha sonra əlavə edib: "Bəzi ağzıgöyçəklər var ki, efirdə akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcılardırlar. Guya bunlar bu tip verlişlərə yuxarıdan aşağı baxırlar. Sizin apardığınız verilişləri mən cibimə qatlayıb qoyaram". 
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR