Zaur Kamal “Xəzər TV”-dən çıxarılıb? - Özü danışdı

Zaur Kamal “Xəzər TV”-dən çıxarılıb? - Özü danışdı
MAQAZİN
18:14 09.05.2020
28587
Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda "5/5" verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən alındığı haqda xəbər yayılıb. 

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Zaur Kamalla əlaqə saxlayıb.
 
O, deyilənləri təkzib edub: "Mən radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam. "5də5” verilişinə gəldikdə isə o verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, xəbəri mediatime.az saytı yayıb.
 
Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR