Tanınmış teleaparıcı Zaur Baxşəliyevin proqramında gərgin anlar yaşanıb.
ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin efirində studiyaya gələn cütlük arasında mübahisə yaranıb.
Belə ki, bir müddətdir verilişdə problemləri müzakirə edilən Ramin-Günay cütlüyü arasında dava düşüb. Ramin yenidən verilişə gələrək həyat yoldaşının uşağı ona göstərmədiyini iddia edib.
Bir-birini efirdə təhqir edən cütlüyü studiyadakılar ayırmağa çalışıb. Daha sonra Ramin əlindəki mikrofonu qadına çırpıb və polis studiyaya daxil olub.
///Yenisabah.az