Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Bütün zəruri məsələlər yalnız sülh və siyasi-diplomatik yolla həll edilməlidir", - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya sülh sazişinin imzalanmasına nail olmaq üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında tərəfdaşlara əvvəlki kimi yardım göstərməyə hazırdır.