Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir

DÜNYA
18:38 21.08.2024
150
Ukraynanın Kursk vilayətinə hücumu Kiyevlə danışıqları mümkünsüz edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə apriori soxulmaq cəhdi danışıqların mümkünlüyünü ləğv edir.

Zaxarova qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir və onun tərəfindən sanksiya alınıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR