Zaxarovadan Dağlıq Qarabağla bağlı AÇIQLAMA

Zaxarovadan Dağlıq Qarabağla bağlı AÇIQLAMA
SİYASƏT
16:25 04.05.2018
5991
Rusiya bundan sonra da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək göstərməkdə davam edəcək.

AZXEBER.COM bildirir ki, bunu bu gün Moskvada keçirilən mətbuat konfransında Trend-in sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib:

"Öz növbəmdə mən demək istərdim ki, biz şübhəsiz ki, bu məsələ ilə bağlı ardıcıl mövqe tuturuq və bu mövqedən kənara çıxmırıq, ona görə də biz tərəflərə kömək göstərməkdə davam edəcəyik. Amma Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır. Ermənistan indi mürəkkəb siyasi dövrdən keçir, fikrimcə vəziyyətin sabitləşməsini, ölkədə rəhbər orqanların tərkibinin müəyyənləşməsini gözləmək lazımdır".

M.Zaxarova hesab edir ki, bundan sonra xarici siyasi kursun davam etdirilməsi üçün bütün imkanlar olacaq ki, bu sahədə əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.

OXŞAR XƏBƏRLƏR