Zaxarovadan Zelenski ilə bağlı iddia

Zaxarovadan Zelenski ilə bağlı iddia
DÜNYA
17:52 01.03.2025
282

"Ukrayna Prezidenti Volodimir Zelenskinin narkotik asılılığından əziyyət çəkməsi adi gözlə də görünür. Üstəlik, o, siyasi karyerasının əvvəlində də bundan əziyyət çəkib”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Soloviev Live TV”yə Zelenskinin Ağ Evə səfərini şərh edərkən çıxış edib.

Onun sözlərinə görə, Zelenski Ağ Evə səfəri zamanı qeyri-adekvat davranışlar sərgiləyib. Zaxarova, həmçinin Ukrayna rəhbəri siyasətə gəlməmişdən əvvəl də çoxlarının onun bu asılılığından danışdığını iddia edib: "Onu şou-biznesdə tanıyanlar bu barədə açıq danışırdılar. Ola bilsin ki, onlar heç bir sensasiya yaratmayıblar. Təbii ki hamı bilir ki, o, bundan sui-istifadə edib”.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR