“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu

“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu
SOSİAL
14:59 18.10.2024
242
Azərbaycan Gənclər Fondunun dəstəyi, "Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə "Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutub.

AZXEBER.COM xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində keçirilib.

Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

Daha sonra forum açıq elan olunub. Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ev sahibi universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova qonaqları salamlayaraq keçirilən beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinətöhfə verəcəyini bildirib. O, belə bir mötəbər tədbirə ev sahibliyi etdikləri üçün şad olduqlarını bildirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bildirib ki, Türküstanda yaşanan iqlim problemlərinə paralel olaraq belə bir forumun məhz Özbəkistanda keçirilməsi daha böyük önəm daşıyır.

Layihə rəhbəri, "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər çıxışında Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərindəişğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyinidiqqətə çatdırıb.

Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan Aqil Ələsgər 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, "Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.

Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərinivurğulayıblar.

Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən "Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirəediblər.

Qeyd edək ki, tədbirin aparıcısı Gənclərin İnkişaf və Karyera Mərkəzinin məsul şəxsi Nahib Bədəlov idi.

Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, forum öz işini "Yaşıl dünya naminə” sərgi ilə davam etdirəcək. 17 oktyabrda açılan sərgi iki gün davam edəcək. Bundan başqa Forumun nümayəndə heyəti Özbəkistanda vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq