Özbəkistan girişdə ekspress-testi ləğv etdi

Özbəkistan girişdə ekspress-testi ləğv etdi
DÜNYA
19:35 26.01.2022
355
Özbəkistan hakimiyyəti yanvarın 25-dən ölkəyə daxil olarkən koronavirusa görə məcburi ekspress-testlərin keçirilməsi qaydasını ləğv edib.

Qeyd edək ki, bu qayda 10 gün əvvəl, yanvarın 15-dən tətbiq edilirdi.

Bu qərar Özbəkistanda Koronavirusun Yayılması ilə Mübarizə üzrə Xüsusi Komissiya tərəfindən məcburi ekspress-testin tətbiqi sərnişinlər arasında böyük növbələrə və narazılıqlara səbəb olmuşdu. Üstəlik yoxlanışdan keçənlərin yalnız 1%-də test müsbət nəticə verirdi.

İndi Özbəkistana gələnlərin hamısı, əvvəlki kimi, yalnız girişdən 48 saat əvvəl edilən PCR testini təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR