Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Azərbaycana gəlir
SİYASƏT
16:32 07.10.2019
5180
Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycana rəsmi səfər edəcək.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə parlamentin sədr müavini Sadık Safayev məlumat verib.

Azərbaycana Özbəkistan Prezidenti qismində ilk dəfə səfər edəcək Mirziyoyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Qeyd edək ki, sammit 14-15 oktyabr tarixlərində keçiriləcək. Zirvə çərçivəsində həmçinin, biznes-forum təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR