Özbəkistana uçan təyyarə Bakıda təcili eniş etdi

Özbəkistana uçan təyyarə Bakıda təcili eniş etdi
SOSİAL
20:03 17.10.2025
138
"Uzbekistan Airways” aviaşirkətinə məxsus, İstanbul–Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

Bakı hava limanından AZXEBER.COM-a bildirilib ki, "Airbus A320” tipli təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib.

Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir.
OXŞAR XƏBƏRLƏR