Özbəkistanda gəlin qayınanasını vəhşicəsinə qətlə yetirib

Özbəkistanda gəlin qayınanasını vəhşicəsinə qətlə yetirib
DÜNYA
16:23 11.09.2025
320
Özbəkistanda amansız cinayət hadisəsi baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, gəlin qayınanasını bıçaqla qətlə yetirib.

Faciə Kaşkədəryanın Şəhrisabz rayonunda baş verib.
 
Məlumata görə, gəlinlə ərinin anası arasında mübahisə yaranıb. Münaqişə zamanı 33 yaşlı qız bıçaq götürərək qayınanasına hücum edib və onu öldürüb. 
 
Cinayətdən sonra qız özü polisə təslim olub.
 
Faktla bağlı 97-ci maddənin 1-ci hissəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Cinayətkarı 15 ilə qədər həbs gözləyir. Faktla bağlı araşdırma aparılır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR