Özbəkistanda güclü partlayış baş verib, yaralananlar var

Özbəkistanda güclü partlayış baş verib, yaralananlar var
DÜNYA
10:44 28.09.2023
204
Özbəkistanın paytaxtı Daşkənddə səhər saatlarında baş verən şiddətli partlayış böyük qorxuya səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bu səhər Özbəkistanın paytaxtı Daşkənddə şiddətli partlayış baş verib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Sergeli rayonunda bir şirkətin anbarında partlayış baş verib.

Bir çox insan tüstünün səmaya qalxdığını əks etdirən görüntülər paylaşıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 160-dan çox insan yaralanıb.

Gülay
OXŞAR XƏBƏRLƏR