Özbəkistanda “Şuşa günləri” keçiriləcək

Özbəkistanda “Şuşa günləri” keçiriləcək
SOSİAL
17:27 07.04.2023
120
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində cari ilin 11-12 aprel tarixlərində Özbəkistanda "Şuşa günləri” keçiriləcək.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Açılış mərasimi 11 aprel saat 11.00-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq. Qeyd edək ki, Azərbaycandan gələn muğam ustalarının konsert proqramı təqdim olunacaqdır.

 
OXŞAR XƏBƏRLƏR