18 fevral tarixində Azərbaycan Respublikasının Aktaudakı Baş Konsulluğunun təşkilatı və texniki dəstəyi ilə Özbəkistandan toplanılmış 5 ədəd humanitar yük daşıyan maşın "Zərifə Əliyeva" adına gəmi ilə Kurık Dəniz Ticarət Limanından ölkəmiz vasitəsi ilə qardaş Türkiyə Respublikasına yola salınıb.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin Özbəkistandakı və Aktauda Baş Konsulluğunun müraciəti əsasında bu tədbirlər Azərbaycanın Aktuadakı Baş Konsulluğu tərəfindən həyata keçirilib.