“Özbəkistanın şahzadəsi”nə yeni ittiham irəli sürüldü - İslam Kərimovun qızı nədə günahlandırılır?

“Özbəkistanın şahzadəsi”nə yeni ittiham irəli sürüldü - İslam Kərimovun qızı nədə günahlandırılır?
DÜNYA
11:16 29.09.2023
826
1996-cı ildən Özbəkistanı idarə edən Prezident İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında yeni ittihamlar səslənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveçrə hakimiyyəti 2019-cu ildən Özbəkistanda həbsdə olan 51 yaşlı Gülnarə Kərimovanın Özbəkistandan milyonlarla dollar oğurladığını, dünyanın müxtəlif ölkələrində menecer və məmurlara rüşvət verdiyini iddia edib.
 
Kərimovanın milyonlarla dollar pulu yuyan beynəlxalq cinayət təşkilatını idarə etdiyi də qeydə alınıb.

Kərimova ötən illərdə diplomat işlədiyi üçün onun toxunulmazlığı olub.

İsveçrədəki bəzi şirkətlər və bank hesabları vasitəsilə çirkli pulları yuduğu deyilən Kərimovanın təşkilatında "The Office” kimi tanınan 100-dən çox şirkətin olduğu da məlum olub.
  
Britaniyanın Financial Times qəzetinin xəbərində həmçinin 2010-cu ildə İsveçrədə çökən Ofisin mərkəzi qərargahının Zeromaks olduğu iddia edilib.
 
Qeyd olunub ki, "E&Y” adlı audit şirkəti "Zeromax”ın hesablarını araşdırıb və "Zeromax” E&Y-yə qarşı iddia qaldırdıqdan sonra bütün məlumatlar açıqlanıb. Qeydlər göstərir ki, zərgərlik məmulatlarına, dəbdəbəli tibbi müalicələrə və şirkətin Özbəkistanda təbii sərvətlər və tikinti biznesləri üçün holdinq kimi rəsmi fəaliyyətinə aidiyyatı olmayan mülklərə milyonlarla dollar xərclənib.

Dəbdəbəli həyat tərzinə görə vaxtilə "Özbəkistanın şahzadəsi” adlandırılan Kərimovaya qarşı hazırlanan ittihamnamədə İsveçrənin ən tanınmış özəl banklarından biri olan Lombard Odier-ə qarşı cinayət istintaqının "davam etdiyi” bildirilir.
 
Kərimovanın İsveçrədəki vəkili ittihamları təkzib edib.

Qeyd edək ki, Kərimova 2013-cü ildə Mərkəzi Asiya ölkəsində baş verən siyasi dəyişikliklərdən sonra ev dustaqlığına çıxarılıb və yenidən 2017-ci ildə öz ölkəsində mənimsəmədə təqsirli bilinib.

Bundan sonra vəkilləri Kərimovanın işgəncələrə məruz qaldığını və onun əsas hüquqlarından məhrum edildiyini bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı