"Bakıya əsasən ATƏT-in fəaliyyətdə olan sədri qismində gəlmişəm. Amma onu da vurğulayım ki, Polşanın Azərbaycanla çox sağlam ikitərəfli münasibətləri var”.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz narahatıq ki, regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır. ATƏT üçün etimadın artırılması çox önəmlidir”, - o vurğulayıb.