"Məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək".
Türkiyəli məşhur müğənni Özcan Deniz "Instagram" hesabında ramazan ayı ilə bağlı qalmaqala səbəb olan post yazıb.
"Yenə böyük süfrələr açılacaq, yenə obaşdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək. Otellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsəbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiətilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası - yenə "oruc tutmağın" bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək".
İfaçının postu internet isitifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.
///oxu.az