Özcan Deniz yenidən qardaşından şikayətçi oldu

Özcan Deniz yenidən qardaşından şikayətçi oldu
MAQAZİN
14:35 25.09.2025
141
Özcan Dəniz onu və həyat yoldaşı Samar Dadqarı öldürməklə hədələyən böyük qardaşı Ercan Dənizdən yenidən şikayətçi olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o yenidən məhkəməyə müraciət edərək qardaşına qarşı həbs qətimkan tədbirinin uzadılmasını istəyib.
 
Xatırladaq ki, Özcan Dənizlə 22 ildir meneceri olan böyük qardaşı Ercan Dənizin münasibətləri torpaq reyestrində yaranan mübahisələrə görə korlanıb.
 
İddialara görə, müğənni Dəniz mülkünün sənədini qardaşının adına rəsmiləşdirib. Daha sonra sənədlərin öz adına keçirilməsini istəyən Özcan Dəniz, sənədin ləğvi üçün qardaşına qarşı iddia qaldırıb. Hər iki tərəfin ona qarşı iddia qaldırmasından sonra fikir ayrılığı davam edib.
 
Daha sonra sənətçi 2 villanı qardaşına verərək mübahisəni sonlandırıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR