Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
İDMAN
23:14 10.03.2026
83
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan növbəti medalı əldə edib.
Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Emirhan Kılıcı məğlub edib.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayevlə (65 kq) Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.